General Vidadi Məmmədov saxlandı
MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası görünür, artıq başqa güc strukturlarına da çatır.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq saxlanılıb.
General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.
Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.
Mənbə:> Virtualaz.org