Maldarlıqda inqilab: "Super inək"lər yaradılır » AzNews.info -Xəbər portalı

Maldarlıqda inqilab: "Super inək"lər yaradılır

Maldarlıqda inqilab: "Super inək"lər yaradılır


Dünyanın ən varlı şəxslərindən olan Bil Qeyts "Super inək" layihəsi üçün 29 milyon funt sterlinq yatıracaq.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi az yeyib çox süd istehsal edən inəklər yaratmaqdır. İngiltərənin "Holstein-Friesians" inəkləri gündə 19 l süd istehsal edə bilirlər. Afrika inəkləri isə gündə 1,5 l süd istehsal edir və çox az yeyirlər, həmçinin istiliyə dözümlüdürlər.

Edinburq Universitetində çıxış edən Qeyts "Maldarlıq çox əhəmiyyətli sahədir. Ən kasıb ölkələrdə yaşayan 1 milyarddan çox insan üçün kənd təsərrüfatı və heyvandarlıq xilas yoludur" deyə bildirib və "Fiziki davamlı və məhsuldar inəyiniz ola bilər" fikrini çıxışına əlavə edib. O həmçinin qeyd edib ki, layihə ilə tropik bölgələrdə xəstəliklərə məruz qalan mal-qara üçün peyvənd hazırlanacaq.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *