Korporativ bazarlarda bu məhsulları satanlar cərimələcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Korporativ bazarlarda bu məhsulları satanlar cərimələcək – MƏBLƏĞLƏR

Korporativ bazarlarda bu məhsulları satanlar cərimələcək


Azərbaycanda korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa məhsullar satanlar cəzalandırılacaq.

Aznews.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *