Türkiyə "Rosatom"a "Akkuyu" AES-in tikintisi üçün lisenziya verdi » AzNews.info -Xəbər portalı

Türkiyə "Rosatom"a "Akkuyu" AES-in tikintisi üçün lisenziya verdi 20 MİLYARD DOLLARLIQ LAYİHƏ

Türkiyə "Rosatom"a "Akkuyu" AES-in tikintisi üçün lisenziya verdi

Türkiyə hökuməti Rusiyanın "Rosatom" şirkətinə "Akkuyu" AES-in birinci blokunun inşası üçün lisenziya verib.

Virtualaz.org "Anadolu"ya istinadən bildirir ki, lisenziya Türkiyə Atom Enerjisi Agentliyi tərəfindən verilib.

Qeyd olunur ki, “Rosatom”un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

Məlumata əsasən, “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, "Akkuyu" AES 4 enerji blokunun tikintisini nəzərdə tutur. Hər blokun gücü 1200 MVt təşkil edəcək.

Layihənin dəyəri 20 milyard dollar təşkil edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *