"Putinlə Ərdogan Türkiyədə "AKKUYU" nüvə stansiyasının təməlini qoyacaq"
Gələn həftə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə baş naziri Binəli Yıldırım məlumat verib.
O qeyd edib ki, Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə Türkiyədə " Akkuyu" nüvə stansiyasının təməl daşını qoyacaqlar.
Qeyd edək ki, "Akkuyu" Türkiyədə yaradılacaq ilk nüvə stansiyası olacaq və bu stansiya 2023-cü ilə qədər isfadəyə veriləcək. Bu barədə sözügedən stansiyanın tikintisi ilə məşğul olacaq rusiyalı mühəndis Rostam bildirib.
Məlumat üçün bildirək ki, stansiyanın inşasına 20 milyard dollar (16 milyard avro) xərclənəcək. R.T. Ərdoğan bu layinəni müasir Türkiyə üçün ən yaxşı layihələrdən biri kimi dəyərləndirir.
Mənbə:> Sherg.az