Ərdoğan Putinə zəng edib
Rusiyalı prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Suriya böhranının tənzimlənməsi, terrorizmə qarşı mübarizə üzrə birgə fəaliyyəti müzakirə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub. Tərəflər Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məlumata görə, hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.
Mənbə:> Oxu.Az