Ərdoğan Putinə zəng vurdu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng vurub.
ANS PRESS-in məlumatına görə, prezidentlər arasında telefon danışığı 20 dəqiqə davam edib.
Ərdoğan və Putin Türkiyədə törədilmiş terror aktları başda olmaqla regionda baş verən prosesləri müzakirə ediblər.
Putin Şanlıurfanın Suruç rayonunda baş verən terror aktı zamanı ölən mülki vətəndaşların və daha sonra şəhid edilən polis və əsgərələrə görə Ərdoğana başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Ərdoğan Suriyadakı xaosun Türkiyənin beynəlxalq güvənliyini təhdid etdiyinə işarə edərək bildirib ki, İŞİD terrorçu qruplaşmasının Suriyadakı bəzi mövqeləri bu günlərdə bombardman edilib.
Türkiyə prezidenti bəyan edib ki, rəsmi Ankara PKK da daxil olmaqla hər cür terrordan gələn təhdidlərin qarşısını almaq barədə qərarlıdır.
Ərdoğan bildirib ki, Rusiya da regionda terrorla mübarizədə fəaliyyətini artırmalıdır.
Prezidentlər telefon danışığı zamanı G-20 ölkələrinin Antalyada keçiriləcək sammitində görüşəcəklərini dilə gətiriblər.
Mənbə:> ANSPRESS