Putinə telefonla incidiyimi dedim
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinə dair ötən gün Ağ sarayda 19 tarixçi və akademiklə keçirdiyi müzakirə zamanı Rusiya prezidenti Vladimir Putinlə aralarında baş tutmuş telefon danışığı barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti rusiyalı həmkarına zəng vuraraq ondan incidiyini dediyini açıqlayıb.
“Putinlə telefonla danışdım. Ondan incidiyimi bildirdim. Münasibətlərimizə ziyan vurduğunu, bu münasibətləri yenidən gözdən keçirəcəyimizi dedim. Bu səbəbdən də Moskvada keçirilən qələbənin 70 illiyi mərasimində səfir və ya səfirin köməkçisi səviyyəsində iştirak edəcəyik. Mən Putinə də, digər liderlərə də mövqeyimi açıqca bildirdim. Bu nöqtədə kompleksimiz yoxdur. Hərbi arxivləri də açmağa hazırıq. Gizlədəcək heç nəyimiz yoxdur”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrini “soyqırımı” kimi şərh etməsi və Ermənistanın paytaxtı İrəvanda keçirilən qondarma “soyqırımı” tədbirində iştirak etməsi iki ölkə atasında gərginliyə səbəb olmuşdu.
Mənbə:> ANSPRESS