Ərdoğan: “Türkiyə ordusu yeni əməliyyatlara başlayır”
“Bu gün Türkiyə terror qruplaşmalarını sərhədlərdən kənarda tapıb hinlərinə girir. Onlar qaçır, biz qovuruq".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 80 məktəb və 59 idman məktəbinin açılış mərasimində bildirib.
"Afrinə (Suriya), Sincara (İraq) qaçdılar. Bağdada xüsusi olaraq söylədik: “Siz həll edəcəksiniz, həll edin, yoxsa gəlib həll edəcəyik”. Bütün bunlar üçün kimsədən icazə gözləmirik. Kimsənin gözünə, ağzına da baxmırıq. Ötən gün axşam Afrinə ən yaxın nöqtədəydik. Gözəl bir görüşümz oldu. Yeni-yeni hədəflərə doğru irəliləmənin hazırlığı gedir. Yeni hədəfləri davamlı olaraq hər an eşidə bilərsiiniz”, - o deyib.
Türkiyə prezidenti vurğulayıb ki, hədəfi olmayan millətin istiqbalı olmaz: “2053 və 2071-ci ilin Türkiyəsini siz görəcəksiniz. Bizim hədəfimiz Türkiyənin demokratik və iqtisadi baxımdan dünyanın inkişaf etmiş 10 ölkəsi etməkdir”.
Mənbə:> Virtualaz.org