Ərdoğan: “Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan: “Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir”

Ərdoğan: “Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir”

Türkiyə Suriyanın sərhəd rayonlarında terror qruplaşmalarına qarşı yeni əməliyyatlar keçirməyə hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident deyib: "Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq".

Ərdoğan həmçinin qeyd edib ki, Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi də Türkiyə ordusunun gəlişini üçün çağırışlar edir:

"Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar əməliyyat çərçivəsində Türkiyə Ordusunun "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *