Türkiyə Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqlinə çalışır
“Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik”.
Bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
B. Yıldırım Cənub Qaz Dəhlizinin növbəti mərhələsinin Trans-Adriatik qaz kəməri (TAP) olduğunu qeyd edib: “Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Bu kəmərlə Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan qazının da nəqli istiqamətində səylərimizi davam etdiririk”.
Mənbə:> APA