Hoçsteyn: Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Hoçsteyn: Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparacaq

Hoçsteyn: Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparacaq


Bolqarıstan və Serbiya tədarük etdiyi qazın 100 faizini Rusiyadan alır, biz isə yalnız Rusiya deyil, digər ölkələrin də qazını nəzərdə tutan rəqabət görmək istərdik. Məsələn, Azərbaycan qazının. Azərbaycandan olan bu qaz kəməri (TAP - red.) Rusiya qazı ilə rəqabət aparacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a verdiyi müsahibəsində ABŞ Dövlət Departamentinin beynəlxalq enerji üzrə xüsusi səfiri və koordinatoru Amos Hoçsteyn bildirib.

Lakin onun sözlərinə görə, bu da yetərli deyil.

“Düşünürük ki, yeni texnologiyaların üstünlüklərindən faydalanmaq və İsrail, Misir, Qətər, Avstraliya, ABŞ və başqa ölkələrdən gələn qazla rəqabət üçün maye qazın Avropa bazarına çıxış əldə etməsinə əmin olmaq lazımdır”, - deyə o bəyan edib.

Hoçsteyn qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP), yəni Cənub dəhlizi, Avropaya məhz indiyə qədər Avropanın çıxışının olmadığı qazı çatdıracaq.

“Beləliklə də yeni mənbələrdən yeni qazın meydana gəlməsi nəticəsində rəqabət yaranacaq. Bu yalnız yeni qaz mənbəyi deyil, həm də yeni çatdırılma marşrutudur. Bu səbəbdən də layihə diversifikasiyanın mühüm hissəsidir.

“Şimal axını-2” təbii qazı eyni tədarükçüyə Ukraynadan deyil, Almaniyadan keçməklə çatdırdığı bir vaxtda, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan, gələcəkdə isə ola bilsin Türkmənistandan Avropaya qaz nəql olunacaq. Yəni, Avropaya yeni enerji mənbələri gələcək.

Məhz buna görə də mən hər zaman Trans-Anadolu qaz kəmərinin Türkiyədən Yunanıstana keçdikdən sonra Trans-Adriatik qaz kəmərinə (TAP) çevriləcəyini deyirəm.

Mən istərdim ki, Xəzər qazı ilə də rəqabətin yaranması üçün Avropada Trans-Adriatik boru kəmərini qidalandıracaq maye qaz terminalları olsun.

Mən ümumiyyətlə maksimal qaz tədarükü imkanları, rəqabət və müvafiq olaraq, əlçatan qiymətlərin tərəfdarıyam”, - deyə amerikalı məmur bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *