Skripalı Putin öldürüb, qaça bilməz… – Britaniya
Sergey Skripalın zəhərlənməsində əsas günahkar nə Rusiya əhalisi, nə də Rusiyadır.
AzNews.info axar.az-a istinadən xəbər verir ki, bunu “Doyçe Velle” radiosuna müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson deyib.
“Bizim Rusiya ilə heç bir mübahisəmiz yoxdur. Siz bilirsiniz ki, mən Rusiya necə sevirəm və mənim əcdadlarım bu ölkədəndir. Məsələ Rusiyada yox, Kremldə və Rusiya dövlətindədir. Siz istifadə edilən vasitəyə baxsanız, onun “Noviçok” zəhəri olduğunu görərsiniz. Bunu bizim “Porton Daun” laboratoriyasındakı ekspertlərimiz müəyyən ediblər.
Digər tərəfdən Vladimir Putin özü deyib ki, Skripal xaindir və onu zəhərləmək lazımdır. “Noviçok”un özü isə yalnız Rusiyada hazırlanır. Biz Aleksandr Litvinenko məsələsində poloniumun izlərinin bizi necə Rusiyaya apardığını gördük. Yekun olaraq Rusiya dövlətinin fəaliyyətinə görə məsuliyyəti Vladimir Putin daşıyır və məncə o bu məsuliyyətdən yaxasını qurtara bilməz” – deyə o bildirib.
Mənbə:> Axar.az