Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi

Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi

Rusiyanın paytaxtı Moskvada və şəhərkənarı rayonlarda İŞİD qruplaşması tərəfdarlarını döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb.

O da məlum olub ki, sözügedən radikal dəstə həm də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb. Həmin obyektlərdə dövlət sərhədindən keçməni “təsdiq edən” saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub.

Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb.

İş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *