Türkiyə Almaniyaya etiraz notası göndərib
Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.
“Milliyet” yazır ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.
“Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.
Mənbə:> Virtualaz.org