Türkiyə ilə Çexiya arasında terrorçu lider qalmaqalı
Rəsmi Ankara YPG terror təşkilatının sabiq lideri Salih Müslimin azad edilməsinə görə Çexiyaya etiraz edib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, Türkiyə baş nazirinin köməkçisi Bəkir Bozdağ Çexiya məhkəməsinin qərarının hüquqa zidd olduğu deyib. O bildirib ki, terror liderinin azad edilməsi Türkiyə-Çexiya münasibətlərinə təsir göstərəcək.
“Bu qərar terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslim bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib.
Qeyd edək ki, beynəlxalq axtarışa verilən YPG-nin keçmiş lideri S.Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
Mənbə:> Virtualaz.org