Çexiya: "Türkiyə tələsməlidir"
Avropa Komissiyası Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli, daha sonra Avropaya miqrant axınının məhdudlaşdırılması üçün təzyiq göstərməlidir.
Axar.az BBC-ə istinadən xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Bohuslav Sobotka Praqada jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Birliyinin Xarici Əlaqələr üzrə rəsmisi Federika Mogerini ilə görüşünün əsas məqsədi də bu mövzunu müzakirəyə çıxarmaq olub:
“Türkiyə öz öhdəliklərini yerinə yetirməyə tələsməlidir”.
Mənbə:> Axar.az