Türkiyə Almaniyaya nota verdi
Türkiyə Almaniyaya etiraz notası verib.
Oxu.Az-ın NTV telekanalına istinadən xəbərinə görə, səbəb iyulun 3-də Bundestaqın binası qarşısında törədilən təxribat göstərilir.
Belə ki, “Siyasi Gözəllik Mərkəzi” adlı təşkilat avtomobilin önündə “bu nəqliyyat vasitəsinə sahib olmaq istəyirsənsə, Ərdoğanı öldür” sözləri yazılmış plakat açıb.
Türkiyə XİN bəyanatında qeyd olunur ki, bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil.
Mənbə:> Oxu.Az