Gürcüstan müdafiə nazirinin Bakıya xüsusi missiyası
Gürcüstanın müdafiə naziri Levan İzoriyanın Bakıya səfəri və bu səfər çərçivəsində Azərbyacan Prezidenti İlham Əliyevlə, azərbaycanlı həmkarı Zakir Həsənovla keçirdiyi görüşlər dövlətlərarası əməkdaşlığın və iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsində vacib amildir. Bunu virtualaz.org-un əməkdaşına gürcüstanlı politoloq, Gürcüstan prezidentinin keçmiş müşaviri Vaxtanq Maisaya deyib.
Onun sözlərinə görə, bu səfər nümayiş etdirdi ki, Tbilisi regional təhlükəsizlik və milli təhlükəsizlik çıxmazını tərk etmək çərçivəsində aktiv siyasi fəaliyyətə başlayıb.
“Müdafiə nazirinin Bakıya sıfırinin daha bir vacib amili iki ölkənin müdafiə nazirlikləri arasənda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakın koordinasiya edilməsidir”, - politoloq bildirib.
Mənbə:> Virtualaz.org