Avropada Qəddafinin milyardları yoxa çıxdı
Oxu.Az-ın xəbərinə görə, bu barədə Le Vif nəşri yazır.
Bildirilir ki, bu vəsait devrilmiş Muəmmər Qəddafinin yaxın əhatəsi tərəfindən idarə olunurdu.
2013-cü ilin noyabrın 29-na olan məlumata əsasən, 16,1 milyard avro “Libyan Investment Authority” və “Libyan Foreign Investment Company” üçün açılan dörd hesabda olub.
Belçika hökuməti 2017-ci ilin payızında 16 milyard avroya həbs qoymaq istəyəndə bu vəsaitin hesabda olmadığını aşkarlayıb. Məlum olub ki, dörd hesabda beş milyard avrodan bir az çox vəsait var.
Belçika Maliyyə Nazirliyindən bildirilib ki, vəsait dondurulduğu üçün ona heç kim əl vura bilməzdi.
Mənbə:> Oxu.az