Bakı küçələrində daha bir erməni qadın gəzir – VİDEO
Erməni İrina Berçiyan təxminən 30 il əvvəl doğma şəhərini tərk etdikdən sonra ilk dəfə Bakıya gəlib.
80-ci illərin sonlarında, Qarabağ münaqişəsinin başlanğıcından sonra, İrina Berçiyan ailəsi ilə birlikdə Rusiyaya köçüb.
O, Bakıya qayıtmağa, barəsində öz azərbaycanlı ərindən eşitdiyi Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyi ilə müvəffəq olub.
Virtualaz.org bildirir ki, CBC telekanalının əməkdaşı İrina ilə görüşüb və onun Bakıda olması haqda reportaj hazırlayıb. Telekanala müsahibəsində o, Bakıya necə gəlməsindən, oxuduğu məktəbə, universitetə və gəncliyinin keçdiyi yerlərə baş çəkməsindən danışıb.
Mənbə:> Virtualaz.org