3-cü dünya müharibəsinin başlayacağı tarix hesablandı » AzNews.info -Xəbər portalı

3-cü dünya müharibəsinin başlayacağı tarix hesablandı – PROQNOZ

3-cü dünya müharibəsinin başlayacağı tarix hesablandı


ABŞ-ın Kolorado universitetinin riyaziyyatçısı Aron Klauzet üçüncü dünya müharibəsinin başlanğıcı ilə bağlı optimal tarixləri açıqlayıb.

Oxu.Az “RBK”-a istinadən xəbər verir ki, bu barədə “Science Advanced” jurnalında məqalə dərc olunub.

Alimin sözlərinə görə, hesablamalar üçün 1823-2003-cü illəri əhatə edən müddət ərzində müharibələrlə bağlı məlumatlardan istifadə olunub.

Bu müddət ərzində 95 iri miqyaslı beynəlxalq münaqişə baş verib ki, onların 5-i 1940-2003-cü illər ərzində qeydə alınıb.

Kompüter alqoritmi həmin dövrün müharibələrini təhlil edərək, onların tezliyi və miqyasını nəzərə alıb.

Təhlillərə görə 2150-ci ilə kimi ən iri beynəlxalq hərbi münaqişə baş verəcək.

Son yüzilliyin müharibə tendensiyasının dəyişilməsi üçün, “sülh müddəti”-nin 100 ildən 140 ilə qədər uzanması tələb olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *