Bəşəriyyət üçün ən böyük təhlükə nədir? - 15 min alimin cavabı
Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, müraciət “BioScience” jurnalında dərc olunub.
Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.
1992-ci ildən bu günədək qlobal temperatur 0,5 faiz artıb. Bu dövr ərzində içməli su ehtiyatlarının da azaldığı qeyd olunur.
Alimlərin fikrincə, son 25 il ərzində dünya əhalisi 2 milyard artıb, heyvanların sayı isə 30 faizədək azalıb.
Mütəxəssislər ekosistemə mənfi təsiri azaldacaq tədbirləri də təklif edib. Qoruqların yaradılması, qida tullantılarının sayının azalması və yaşıl texnologiyaların tətbiq olunması bu tədbirlər arasındadır.
Mənbə:> Trend