Qlobal valyutanın yaradılması təklif olunur
Dünyada valyuta müharibələrinə son vermək üçün qlobal valyutanın yaradılması təklifi irəli sürülüb.
Oxu.Az “RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, belə bir təkliflə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada keçirilən iqtisadi forumda çıxış edib.
O qeyd edib ki, beynəlxalq hesablaşma-ödəniş vahidinin yaradılması məsələsinə ciddi şəkildə baxılmasının vaxtı çatıb. Vahid valyuta bizə ticarət münasibətlərində disbalansın aradan qaldırılması, valyuta bazarında volatilliyin azaldılmasına kömək edəcək.
Mənbə:> Oxu.Az