Fars körfəzi ölkələri vahid valyuta yaradır » AzNews.info -Xəbər portalı

Fars körfəzi ölkələri vahid valyuta yaradır

Fars körfəzi ölkələri vahid valyuta yaradır

Fars körfəzi ölkələrinin vahid valyuta yaratması qaçılmazdır və sadəcə zaman məsələsidir.

"Reuters" xəbər verir ki, bu barədə açıqlama Omanın Mərkəzi Bankının icraçı direktoru Hamud Sanqur əl-Zacali tərəfindən verilib.

Regionun bir çox bankiri vahid valyutanın carı iqtisadi şəraitdə yaradılmasının çətin olcağını düşünür. Onların fikrincə, buna əngəl olaraq neftin qiymətinin düşməsi və texniki çətinliklər göstərilir.

Qeyd edək ki, 2010-cu ildə Fars Körfəzi ölkələri Əməkdaşlıq Şurası (Gulf Cooperation Council) vahid valyutanın tədavülə buraxılması prosesini, o zaman avro pul vahidində yaranan problemlər səbəbi ilə təxirə salıb. Belə ki, 2007-ci ildə Şuraya daxil olan ölkələr 2010-cu ildə vahid valyutanı tədavülə buraxmağı planlaşdırıb.

Xatırladaq ki, hələ 1980-ci illərin əvvəlində Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı Vahid Valyuta İttifaqı yaratmaq istədiklərini bildiriblər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *