Fars körfəzi ölkələri İrana qarşı yeni tədbirlər görəcəklər
Fars körfəzi ərəb ölkələrinin əməkdaşlığı Şurasının üzvü (FKƏÖƏŞ) olan ölkələr İranın düşmən hərəkətlərinə yol verdiyi halda əlavə tədbirlər görmək niyyətindədirlər, RİA Novosti xəbər verir.
Fars körfəzi ölkələri həmçinin Ər-Riyadı İranla qarşıdurmasındakı fəaliyyətində dəstəklədilər.
“FKƏÖƏŞ-ə daxil olan ölkələr bu düşmən hərəkətlərinə qarşı durmaq üçün müvafiq əlavə tədbirlər görəcəklər”, - təşkilatın Baş katib Əbdel Lətif əz-Zayani tərəfindən səsləndirilmiş bəyanatında deyilir.
Mənbə:> Oxu.Az