Obama ərəblərə söz verdi
"ABŞ Fars Körfəzi müttəfiqlərinin yanında olacaq, xarici hücumlardan qoruyacaq və İranın regionda qeyri-sabitlik yaratma fəaliyyətinə qarşı onlara kömək göstərəcək."
ANS PRESS-in məlumatına görə, bunu Prezidenti Barak Obama Ağ evdə Fars Əməkdaşlıq Şurasının altı ərəb dövlətinin təmsilçiləri ilə görüşündə deyib.
B.Obama mətbuat konfransında bildirib ki, Suriya, Yəmən və başqa yerlərdə İranın artan nüfuzu və müharibələrdə iştirakına dair Körfəz ölkələrinin narahatlığını dağıtmaq üçün güclü terminologiyadan istifadə edib. Körfəz tərəfdaşlarımızın təhlükəsizliyinə dəmir sədaqətimizi bir daha təsdiqləyirəm. Birləşmiş Ştatlar öhdəliklərinə sadiqdir.
O, Körfəz liderlərini bir daha əmin edib ki, İranın dünya gücləri ilə əldə edəcəyi istənilən nüvə sazişi regiona təhlükə yaratmayacaq, əksinə, fayda verəcək.
Mənbə:> ANSPRESS