II Dünya Müharibəsinin başlamasının ildönümü qeyd olunub
Rusiya, Ukrayna və Belarusda İkinci Dünya Müharibəsinin başlamasının 74-cü ildönümü qeyd olunub. Rusiyanın paytaxtı Moskvada yüzlərlə insan ildönümü ilə əlaqədar keçirilən mərasimlərə qatılıb. Prezident Vladimir Putin və hökumət nümayəndələri naməlum əsgərlərin xatirəsinə ucaldılmış memorialı ziyarət edib, abidənin qarşısına gül dəstələri qoyublar. Yüzlərlə əhali əsgərlərin xatirəsini yad etmək üçün şamlar yandırıb.
Oxşar tədbirlər Ukraynanın paytaxtı Kiyevdə də baş tutub. Prezident Pyotr Poroşenko müharibə veteranları ilə görüşüb.
74 il əvvəl Almaniya hərbi qüvvələri gözlənilmədən keçmiş Rusiya Sovet Sosialist İttifaqına hücum etmiş, elə ilk gündəcə minlərlə hərbi və mülki vətəndaş öldürülmüşdü. İkinci Dünya Müharibəsi 27 milyon Rusiya Sovet Sosialist Respublikası vətəndaşının ölümünə səbəb olmuşdu.
Mənbə:> ANSPRESS