Təhsil kreditləri ilə bağlı bir il güzəşt » AzNews.info -Xəbər portalı

Təhsil kreditləri ilə bağlı bir il güzəşt

Təhsil kreditləri ilə bağlı bir il güzəşt


Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tələbələrə təhsillərini davam etdirmək məqsədilə veriləcək kreditlərin ödənişi ilə bağlı bəzi yeni məqamları açıqlayıb.

Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunacaq. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır.

Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq.

Bu kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaq. Tələbə uzun müddət işsiz də qala bilər. Belə halda, kreditin qaytarılması mexanizmi necə olacaq?

AzNews.info Trend-ə istinadən xəbər verir ki, fonddan bildirilib ki, bununla bağlı olaraq məzunlara bu məsələdə 1 il güzəşt ediləcək.

Tələbə təhsilini başa vurduqdan 1 il sonra bu kreditləri qaytarmağa başlamalıdır. Oğlanlar üçün isə güzəşt müddətinə hərbi xiddmətdə olduğu müddət də əlavə olunur, yəni bu halda güzəşt müddəti 2 il təşkil edəcək.

Kreditlərə faizlər onların qaytarılmasına başlanan zamandan, yəni güzəşt müddəti bitdikdən sonra hesablanacaq. Başqa sözlə, təhsil müddətində götürülən kreditlərə faiz hesablanmayacaq.

Tələbənin təhsilini başa vurduğu illə onun işlə təmin olunduğu dövr ərzində olan müddət üçün kreditə görə faizin hesablanıb-hesablanmayacağına gəldikdə fonddan qeyd edilib ki, kreditlərin qaytarılması güzəşt müddəti bitdikdən sonra başlanacaq.

Tələbə kreditləri ödəməyi gecikdirərsə, bu halda gecikmə müddəti nəzərdə tutulan ümumi ödəmə müddətindən (60 ay) çıxılacaq.

Tələbənin götürdüyü kreditlərə görə ödəyəcəyi məbləğ nəzərdə tutulan ümumi ödəmə müddətində (60 ay) dəyişməyəcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *