ABŞ dolları ilə kreditlər üçün güzəşt
Rabitəbank ASC istehlak və mikrokrediti ABŞ dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəştin edilməsi imkanı yaradır.
Bankdan Oxu.Az-a bildiriblər ki, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq.
Bu güzəştdən faydalanmaq üçün krediti ABŞ dollarında olan müştərilər kredit aldıqları “Rabitəbank” filiallarına müraciət etməlidirlər.
Daha ətraflı məlumatı “Rabitəbank”ın “133 Məlumat Mərkəzi”ndən əldə etmək mümkündür!
Mənbə:> Oxu.Az