Kredit portfelində manatla krediti çox olan bankları nə gözləyir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kredit portfelində manatla krediti çox olan bankları nə gözləyir?

Kredit portfelində manatla krediti çox olan bankları nə gözləyir?


Balanslaşdırılmış şəkildə kredit portfelinə malik olan banklar (həm manat, həm də dollar) daha avantajlı vəziyyətdədirlər.

Kredit portfelində valyuta ilə kreditlər olan banklar əslində qazanan tərəf hesab edilsə də, düşünürəm ki, orta müddətli vaxt üçün onların xarici valyuta (əsasən ABŞ dolları) ilə verdikləri kreditlər təxminən 80% həcmində potensial problemlə üzləşəcək.

Bu ola bilsin ki, ilk ayda hiss olunmasın, lakin qısa müddətdən sonra kredit ödəyənlərin likvidliyi azalacaq və gecikmə və hətta ödəmədən imtina halları kütləviləşəcək.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Rəşad Həsənov kredit portfelində manatla kreditləri çox olan bankların da taleyinə aydınlıq gətirib:

“O ki qaldı manatla kreditləşməyə üstünlük verən banklara, onlar artıq iflasın astanasındadırlar. Nə qədər təzadlı olsa da fevralın 21-dək sektorda ciddi mövqeyə malik banklar hazırda tamamilə iflic olub - sahib olduqları portfel dəyərini 33.4% itirib + kreditləşmə dayanıb, zərər isə milyonlarladır. Beləliklə, mümkündür ki, hökumətlə müzakirələrdə hər hansı bir ortaq nəticə əldə edilməzsə ilin sonuna bir çox banklar bağlansın. Bu isə özlüyündə yeni bir problem - sığortalanmayan əmanətlərin batması təhlükəsini yaradacaq”- deyə, ekspert proqnozlaşdırır.

Onun sözlərinə görə, əgər hər hansı şəkildə hökumət və Mərkəzi Bank bu məsələlərə müdaxilə etməzsə əminliklə demək olar ki, əhali kütləvi şəkildə kredit ödəmələrindən imtina edəcək:

“Əgər hər hansı şəkildə hökumət və Mərkəzi Bank bu məsələlərə müdaxilə etməzsə əminliklə deyə bilərəm ki, əhali kütləvi şəkildə kredit ödəmələrindən imtina edəcək və ölkənin maliyyə-bank sektoru çökəcək. Məhz bu prizmadan yanaşaraq bildirmək istərdim ki, böyük ehtimalla növbəti günlərdə valyuta ilə kreditlərin geri qaytarılmasının yeni qaydaları müəyyən edilsin.

Çünki, bu məsələdə həm hökumət, (sosial narazılıq dalğasını önləmək məqsədi ilə) həm də banklar (kütləvi şəkildə problemli kreditlərin yaranmasını önləmək məqsədi ilə) maraqlıdırlar. Təbii ki, vətəndaşa güzəştlərin müxtəlif variantları mümkündür.

Ola bilsin ki, devalvasiyadan əvvəlki kreditlərə orta məzənnə tətbiq edilsin və ödəmə müddəti artırılsın və yaxud vətəndaşın itkilərinin bir qismi hansısa formada birdəfəlik şəkildə kompensasiya edilsin.

Birinci halda yük daha çox banklara, ikinci halda isə dövlətə düşəcək. Lakin hər halda valyutada olan kredit ödənişlərini ödəmədən əvvəl ehtimal olunan yeni qərarı gözləməyə dəyər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *