Mərkəzi Bankın cavabı problemli kreditlərin həcmini artıra bilərmi?
Mərkəzi Bankın kredit borcu olanlara məhkəməyə müraciət etməsini məsləhət görməsi əlbəttə ki, problemli kreditlərin həcmini artıra bilər.
Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Oqtay Haqverdiyev MB tərəfindən kredit borcu olanlar üçün yayılan məlumata münasibətini şərh edərkən bildirdi.
Ekspertin sözlərinə görə, məhkəmələr kredit borcluların iddialarına bir-iki ay deyil də, bir gün içində baxa bilər.
“Yəni bu proses bir gün içində həll oluna bilər, bu, çətin məsələ deyil.”
“Kredit borcu əvvəl hansı valyuta ilə götürülübsə, o valyuta ilə də qaytarılmalıdır. Manatın ucuzlaşması burda əsas ola bilməz. Vətəndaşlar krediti qaytarmaq istəmədikdə isə bu halda banklar vətəndaşları məhkəməyə verə bilər”- deyə, iqtisadçı bildirir.
Xatırladaq ki, bu gün MB-ya göndərilən sorğuya cavab olaraq bildirmişdilər ki, banklarla müştərilər arasındakı mübahisə (manatın ucuzlaşmasına görə) məhkəmə vasitəsilə həll oluna bilər.
Mənbə:> Oxu.Az