Rusiya qisasını aldı: Suriyada iki minə qədər Amerika əsgəri məhv edildi
Rusiyanın beşinci nəsil Su-57 qırıcıları Suriyada Şərqi Qutaya güclü zərbələr endiriblər.
Virtualaz.org bildirir ki, bu barədə xəbəri REX informasiya agentliyi Suriya KİV-ə istinadən yayıb. Qeyd olunur ki, nəticədə şəxsi hərbi şirkətlərin (ŞHŞ) tərkibində fəaliyyət göstərən 2 minə qədər Amerika əsgəri həlak olub.
Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndələri Moskvaya zəng etməyə çalışıblar, ancaq orada onlara heç kim cavab verməyib.
Xatırladaq ki, fevralın 7-də Suriyanın Deyr- ez-Zora əyalətində Amerika aviasiyasının zərbələri nəticəsində respublika ərazisindəki döyüşlərdə iştirak etmiş təxminən 100 nəfər Rusiya vətəndaşı həlak olmuşdu.
Mənbə:> Virtualaz.org