Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin prezidenti Donald Trampla Rusiyaya qarşı Maliyyə Nazirliyi tərəfindən hazırlanan yeni sanksiyaları müzakirə edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Stiven Mnuçin Senatda keçirilən dinləmələr zamanı deyib. Onun sözlərinə görə, prezident yeni sanksiyaları alqışlayıb: “Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışladı. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”.
Mənbə:> Virtualaz.org