ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təqdir edib
ABŞ Senatı çərşənbə günü Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdə tutan, İrana qarşı sanksiyalar haqqında qanun layihəsinə düzəlişlərin lehinə səs verib.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb.
Qanun layihəsində, həmçinin qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Konqresin razılığı olmadan sanksiyaları zəiflədə bilməz.
Mənbə:> Report