"Kreml hesabatı" yeni sanksiyalara gətirib çıxaracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

"Kreml hesabatı" yeni sanksiyalara gətirib çıxaracaq

"Kreml hesabatı" yeni sanksiyalara gətirib çıxaracaq

ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi "Kreml hesabatı" adlı sənəd Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxaracaq.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Konqresdə bildirib.

Nazir deyib ki, əlavə sanksiyalar tətbiq etmək üçün, onlar daha əvvəl elan edilmiş hesabat və kəşfiyyat məlumatlarından istifadə etmək niyyətindədirlər və hazırda onların üzərində çalışırlar.

Stiven Mnuçin sanksiyaların tətbiq olunacağı tarixi açıqlamaq istəməsə də vurğulayıb: “İnandırıram ki, biz bunu mümkün qədər tez edəcəyik, ola bilsin ki, bu bir neçə ay, ya da ki bir ay çəksin, hələ xeyli iş görülməlidir”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl “Kreml hesabatı”nı təqdim edib. Sanksiya məruzəsi Rusiya prezidentinin yaxın ətrafı, iri sahibkarlar və dövlət şirkətlərini əhatə edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *