ABŞ “Kreml məruzəsi”ni açıqladı – MOCKVAYA ŞOK
TASS xəbər verir ki, sənəddə 210 nəfərin adı qeyd edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir.
Siyahıya Rusiyanın baş naziri Dimitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və rabitə naziri Nikolay Nikiforov daxil edilib.
Siyahıda Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.
***
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.
Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var.
Mənbə:> TASS