ABŞ-ın Kremlə yeni zərbəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ-ın Kremlə yeni zərbəsi

ABŞ-ın Kremlə yeni zərbəsi


ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda xəbər ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

ABŞ Maliyyə Nazirliyi genişləndirilmiş sanksiyanın siyahısını dərc edib. Siyahıya RNKB bankı və Avrasiya gənclər ittifaqı, həmçinin siyasətçilər daxil edilib.

Siyahıya daxxil edilən şəxslər aşağıdakılardır:

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Krımın daxili işlər naziri Sergey Abisov, baş nazirin müavini və Milli Bankın sabiq başçısı Sergey Arbuzov, tanınmamış Donetsk Xalq Respublikasının təhlükəsizlik şurasının katibi Aleksandr Xodakovski, Ukraynanın səhiyyə naziri olmuş Raisa Boqatıryova, Rusiya ictimai xadimi Aleksandr Duqin, DXR-ın Xarici İşlər Nazirliyinin başçısı vəzifəsini müvəqqəti icra edən Yekaterina Qubaryova və başqaları.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *