ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Rusiya və Ukraynanın bir sıra vətəndaşlarına qarşı yeni ABŞ sanksiyaları Minsk sazişinin tam icrası üçün təzyiq göstərmək məqsədi daşıyır.
Virtualaz.org bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.
"ABŞ hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması və Minsk sazişini pozmağa çalışanların müəyyən edilməsi siyasətinə sadiqdir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni qərar Rusiyaya qarşı sanksiya təzyiqi barədə öhdəliyin tərkib hissəsidir.
***21:19
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Virtualaz.org bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu qeyd olunub.
Sanksiya siyahısına 21 Rusiya və Ukrayna vətəndaşı və 9 şirkət əlavə edilib.
Mənbə:> Virtualaz.org