ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ-ın ticarət nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək daha 23 təşkilatın adını əlavə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilir.
“Milli təhlükəsizlik və xarici siyasət sahəsində ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərdiklərinə görə 23 təşkilatın adı sanksiya siyahısına əlavə olunub”, - məlumatda deyilir.
Siyahıya Krımın dəmir yolu təşkilatları və dəniz limanları, elmi tədqiqat institutları və bir sıra zavodlar daxil edilib. Qeyd olunur ki, sanksiyalar Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar tətbiq olunub.
Mənbə:> Oxu.Az