Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi prospektə "Zeytun budağı" adı verildi
ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib.
"Report" xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsi Məclisinin toplantısında qərar qəbul olunub.
Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq.
Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, Diriliş, Bayraq, Qayı və Hilal adlarının verilməsinə qərar verilib.
Mənbə:> Report