Ukrayna üçün vacib qərar
Beynəlxalq Valyuta Fondu Ukraynaya 17, 5 milyard dollar yardım ayırdı. ANS PRESS-in məlumatatına görə, ölkəyə kredit ayırmaq qərarı BVF İdarə Şurasının yığıncağında elan edilib.
BVF son bir il ərzində artıq ikinci dəfədir ki, müharibə şəraitində olan Ukraynaya yardım ayırır. Fond bu yardımlarla ölkənin tənəzzülə uğrayan iqtisadiyyatını dirçəltmək istəyir.
Gözlənildiyi kimi, BVF-in yardımı ardınca digər donorlardan da kreditlər ayrılmağa başlayır.
Baş nazir Arseniy Yatsenyuk bəyan edib ki, Beynəlxalq Valyuta Fondu geniş kredit yardımını Ukraynada keçirilən islahatlara görə ayırıb. Onun sözlərinə görə, ilk tranş 5 milyard dollar təşkil edəcək.
Yatsenyuk deyib ki, bu proqram ölkəyə daha 7,5 milyard dollar almaq üçün yol açır və Ukrayna ümumilikdə dörd il ərzində 25 milyard dollar alacaq.
Mənbə:> ANSPRESS