Diktator Bəşər Əsədə yaxın mənbələrdən şok etiraf : “PKK/PYD terrorçularına Türkiyəyə qarşı vuruşmaq şərti ilə silah verdik…” – FOTO
Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatı davam edərkən Suriya diktatoru Bəşər Əsədə yaxınlığı ilə tanınan “əl-Masdar” qəzeti rejimin terror təşkilatı PKK/PYD-yə silah verdiyini etiraf edib.
Avropa.info xəbər verir ki, “Zeytun budağı” hərəkatı 21-ci günündə davam edərkən terror təşkilatı PKK/PYD-nin müttəfiqləri ortaya çıxmaqda davam edir.
Əsəd rejiminə yaxın “əl-Masdar” qəzeti rejimin terror təşkilatı PKK/PYD-yə silah verdiyini açıqlayıb.
Xəbərə görə, Əsəd rejimi xüsusilə tankvuran ATGM raketlərini PKK/PYD-yə yalnız Afrində Türkiyəyə qarşı istifadə etməsi şərti ilə təslim edib.
Silahlar üçün PKK/PYD terrorçuları ilə rejim qərargahı zabitləri Hələbin şimalında bir araya gələrək müqavilə imzalayıblar.
Mənbə:> Avropa.info