Afrində Türkiyə helikopteri vuruldu, iki pilot şəhid oldu – VİDEO
Bir qədər əvvəl Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.
“Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə o, vurğulayıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, vurulan helikopterin hər iki pilotu şəhid olub.
Mənbə:> Oxu.Az