ABŞ-ın dövlət katibi Türkiyəyə gəlir
ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə Türkiyəyə səfər edəcək.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bundan başqa, bu həftə ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Herbert Makmaster də Ankaraya səfər edəcək.
Məlumata görə, H. Makmaster və R. Tillersonun Türkiyə rəhbərliyi ilə keçirəcəyi görüşlərdə Suriyada yaranmış vəziyyət və ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə ediləcək.
Mənbə:> Virtualaz.org