Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber gələn həftə Azərbaycana səfər edəcək.
Aznews.info xəbər verir ki, bu barədə Report-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.
H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcək.
Ermənistan KİV-nin məlumatına görə, Aİ-nin xüsusi nümayəndəsi bu həftə Ermənistana da səfər edəcək.
Mənbə:> Report.az