Ştaynmayer Cənubi Qafqaza səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 29-30-da Ermənistana ikigünlük səfər edəcək.
Oxu.Az xatırladır ki, bir neçə ay əvvəl F.V.Ştaynmayerin cari ilin ortasında Cənub Qafqazın 3 ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi barədə xəbər yayılmışdı.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Gürcüstana səfəri iyulun əvvəllərinə planlaşdırılıb.
Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməsi səfərin başlıca müzakirə mövzusu olacaq.
Onun Azərbaycan və Emənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.
Mənbə:> Oxu.Az