Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək
ABŞ-ın baş katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “CNN Türk”ün “Tvitter” səhifəsində məlumat yayılıb.
“ABŞ-ın dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək”, - məlumatda deyilir.
İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çerilişinə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda olub.
Son məlumata görə, qiyamçılar istisna olmaqla, 246 türk vətəndaşı həlak olub, 2 mindən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb, qiyam yatırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevrilişə cəhdin təşkilatında ittiham edilən müxalifətçi Fətullah Gülənlə əlaqədar ola biləcək mindən çox özəl məktəbi bağlayıb.
Türkiyə hakimiyyəti artıq ABŞ-a orada yaşayan Gülənin təhvil verilməsinə dair sorğu göndərib.
Mənbə:> Oxu.az