Rusiya Suriyada təyyarəsinin vurulduğu rayona zərbələr endirdi
Rusiya İdlibin "Su-25" təyyarəsinin vurulduğu rayonuna yüksək dəqiqliyi olan silahla zərbələr endirib.
Trend-in verdiyi məlumata görə, zərbələr nəticəsində 30 "Cəbhat ən-Nusra" terrorçusu məhv edilib.
Qeyd edək ki, bu gün Suriyanın İdlib əyalətində Rusiyanın "Su-25" təyyarəsi vurulub. Təyyarənin pilotu katapult edib və sonra terrorçularla toqquşmada həlak olub. Hazırda Rusiya və Türkiyə tərəfləri rusiyalı pilotun cəsədinin qaytarılması üzrə tədbirlər görürlər.
Mənbə:> Trend