Putin Ufada məscidə getdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Putin Ufada məscidə getdi

Putin Ufada məscidə getdi

Rusiya prezidenti Vladimir Putin Başqırdıstana işçi səfəri çərçivəsində Müsəlmanların Mərkəzi Dini İdarəsinin sədri, ali müfti Talqat Tacuddin ilə birgə Ufanın əsas məscidinə baş çəkib.

Virtualaz.org bildirir ki, bu barədə vesti.ru xəbər yayıb.

Putin və Tacuddin məscidin ikinci mərtəbəsində kişilərin ibadət zalına baxıblar. Ali müfti Rusiya prezidentinə məscidin tikintisinin tarixi, onun ziyarətçiləri və daxili quruluşu haqda qısa məlumat verib.

"Çox xoşdur ki, hər şey inkişaf edir. Siz dediniz ki, 2000-ci ildə Başqırdıstanda 16 məscid olub, indi isə onların sayı 1200-ə çatıb. Bu bizim ənənəvi dinlərimizin, həmçinin ənənəvi İslamın inkişafı deməkdir”, - deyə Putin vurğulayıb.

Dövlət başçısı İslam sahəsində mütəxəssislərin hazırlığı ilə bağlı görülən işlərdən də razı qaldığını bildirib: "Çox yaxşıdır ki, siz İslam sahəsində mütəxəssislərin hazırlığı işini də aparırsınız. Bu çox yaxşı, düzgün birgə işdir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *